Hindistanın Qərbi Benqal əyalətinin Kalkutta şəhərində 6 mərtəbəli hoteldə yanğın baş verib.
“Den.az” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 15 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Yanğının baş vermə səbəbi hələlik bəlli deyil.
Səlahiyyətli qurumlar yanğının nəzarət altına alındığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.