Hindistanda helikopter qəzaya düşüb.
Den.az xəbər verir ki, hadisə yerli vaxtla saat 9 radələrində Uttarakxand ştatında baş verib.
Bildirilib ki, şəxsi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər yaralanıb.
Qəzanın baş vermə səbəbi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.