İyunun 23-də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iclas keçirəcək.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi məlumat verib.
“İrandakı fövqəladə vəziyyəti nəzərə alaraq, mən sabah MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclasını çağırıram”, – Qrossi X sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.
MAQATE sözügedən hücumdan sonra İrandakı nüvə obyektləri xaricində radiasiya səviyyəsinin artması barədə məlumat almadığını bildirib.