Rusiyanın Sankt-Peterburq şəhərində oğul anasını öldürüb.
Den.az yerli mediaya istinadla bildirir ki, şəhərin mənzillərindən birində çoxsaylı döyülmə əlamətləri olan 71 yaşlı qadının meyiti tapılıb. Mərhumun oğlu onu döyərək öldürməkdə şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 43 yaşlı oğlunu hadisə yerində saxlayıblar. Hazırda həmin şəxs həbsdədir və onunla bağlı zəruri istintaq hərəkətləri aparılır.
Mərhumun bədənində baş, qol və ayaq nahiyələrində qançırlar və əzilmələr aşkarlanıb.