fev
2024
13:39
348

BACISI EVİNƏ GƏLƏN OĞUL İLK QAPINI AÇAN ANASINA BIÇAĞI VURUB: Sumqayıtdakı dəhşətli qətlin bəzi TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

3 fev, 2024
13:39
348

BACISI EVİNƏ GƏLƏN OĞUL İLK QAPINI AÇAN ANASINA BIÇAĞI VURUB: Sumqayıtdakı dəhşətli qətlin bəzi TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

Sumqayıtda tük ürpədici qətl hadisəsi törədilib. Oğuı anasını öldürməkdə şübhəli bilinir. 

Hadisə Sumqayıt şəhəri 9-cu mikrorayon  bina 71 A ünvanında baş verib. 

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, səhər saatlarında Sumqayıt şəhər sakini, 65 yaşlı Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 41 yaşlı Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hadisənin bəzi təfərrüatlarıda məlum olub. Belə ki, qətlə yetirilən ana Qəşəngül Qəhrəmanovanın 3 övladı var. Qadın qızı ilə birgə yaşayırmış. Məlumata görə, qadının oğlu bacısıgilə gedib, qapını anası açıb. O, anasını orada qətlə yetirib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.


Nizami Rəsulov
Denaz.Tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar