Abşeron rayonunda hər kəsi şoka salan dəhşətli cinayət baş verib.
Den.az xəbər verir ki, 17 yaşlı Səid Əliyev 39 yaşlı anası küçənin ortasında vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinir.
Hadisə şahidlərinin sözlərinə görə, yeniyetmə oğlan anasını bıçaqlayaraq öldürüb. İddiaya görə, Rəfiqə Əliyeva həyat yoldaşı ilə uzun müddətdir ayrılıqda yaşayırmış. Oğlu isə anasının bu qərarını atasına qarşı bir etiraz kimi qəbul edib və onu bağışlaya bilməyib.
Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Səid Əliyev artıq istintaq çərçivəsində ifadə verib. O, hadisə yerinə gətirilib və cinayətin bütün təfərrüatları araşdırılır.
Bu faciə bir daha göstərir ki, ailədaxili problemlər düzgün həll olunmadıqda, acı nəticələrə səbəb ola bilər. İstintaq davam edir.
Nizami Rəsulov
Den.az