Yaponiyanın İvate prefekturasının Kitakami şəhərində ayı evə girərək yaşlı sakini öldürüb.
Den.az xarici mediaya istinadla bildirir ki, 81 yaşlı Seiko Takahaşinin cəsədini oğlu aşkar edib. Kişi anasının meyitini qonaq otağında tapıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Yaşlı qadının bədənində ayının caynaq izləri olub. Müstəntiqlər otağın içərisində heyvan xəzinin parçaları və pəncə izləri də tapıblar.
Həmin gün axşam saatlarında yerli sakinlər yırtıcı heyvanı Takahaşinin evinin yaxınlığında müşahidə ediblər. Bundan əlavə, əvvəllər ərazidə ayıların yaşayış binalarına və yardımçı tikililərə daxil olması ilə bağlı ən azı doqquz hadisə qeydə alınıb.
Polis tələlər quraraq əhaliyə çox zərurət olmadıqca küçəyə çıxmamağı tövsiyə edib.