27 
fev
2024
13:21
293

Körpəni çantaya qoyub qarğıdalı tarlasına atdılar

27 fev, 2024
13:21
293

Körpəni çantaya qoyub qarğıdalı tarlasına atdılar

Taylandda 36 yaşlı kişi qarğıdalı tarlasının ortasında körpə tapıb.

Den.az xarici mediaya istinadla bildirir ki, Anoça Çuy müştərisi üçün günəş enerjisi ilə işləyən işıqlar quraşdırırmış. Bu zaman o, yaxınlıqdakı qarğıdalı tarlasında bir uşağın ağladığını eşidib. Kişi səsin ardınca gedib və içərisindən körpə əli çıxmış bir çanta tapıb.

Anoça Çuy dərhal hüquq-mühafizə orqanlarına zəng edib. Siqnalın daxil olduğu yerə polis əməkdaşları və xilasedicilər gəlib. Uşaq xəstəxanaya yerləşdirilib. 

Hazırda onun vəziyyəti stabil olaraq tibb müəssisəsindədir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar