Zelenski niyyətini açıqlayıb...
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla “Mirage” 2000 qırıcı təyyarələrinin tədarük sayının artırılmasını müzakirə etdiyini bildirib.
“Den.az” xəbər verir ki, bu barədə Zelenski Makronla birgə mətbuat konfransında açıqlayıb.
“Biz “Mirage”ların sayını artıracağımızı müzakirə etdik”, – Prezident əlavə edib.
Zelenski Makrona təqdim edilmiş “Mirage” qırıcı təyyarələrinə görə təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, onlar artıq Ukraynanın hava qalxanının bir hissəsinə çevriliblər.
O qeyd edib ki, Fransanın qırıcı təyyarələri ilk növbədə rusiyalıların buraxdığı “Şahid”lərdən və digər zərbə dronlarından müdafiə olunmağa kömək edir.
Xatırladaq ki, martın 7-də Ukrayna Silahlı Qüvvələri hava həyəcanına cavab zamanı “Mirage” qırıcı təyyarəsinin ilk istifadəsi barədə məlumat vermişdi. Kiyevə belə təyyarələrin ilk partiyasının təhvil verilməsi barədə fevralın 6-da Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornü bildirmişdi.