“Ukrayna Putinin şərtləri ilə razılaşmağa məcbur olacaq”.
Denmedia.az xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Politico-ya açıqlamasında deyib.
“Kiyev müharibəni dayandırmaq və sülh müqaviləsi bağlamaq üçün Rusiyanın şərtlərini qəbul etməli olacaq. Bu, Rusiya prezidentinin 2024-cü ilin yayında irəli sürdüyü və Ukraynanın Donbass, Xerson və Zaporojya vilayətlərindən tamamilə imtina etməsini nəzərdə tutan tələbləridir. Tramp Ukraynanın müharibəni dayandırmaq üçün razılaşmanı qəbul etməli olacağını düşünür. Ağ Ev rəhbəri hələ də Putinə təzyiq etməyə meylli deyil. O, Ukrayna və Avropa müttəfiqləri üzərində daha çox təsir rıçaqlarına malik olduğuna əmindir. Ukrayna isə silah və kəşfiyyat baxımından Vaşinqtondan çox asılıdır və buna görə də Kiyevə daha çox təzyiq rıçaqları var”, – mənbə vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bəyan edib ki, o, Rusiyaya əraziləri vermək niyyətində deyil və torpaq mübadiləsi məsələsini Putinlə şəxsi görüşdə müzakirə etməyə hazırdır.(Globalinfo.az)