Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın ABŞ istehsalı olan uzunmənzilli ATACMS raketlərindən Rusiya ərazisində istifadə etməsinə məhdudiyyət qoyub.
Denmedia.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. Məlumata görə, bu məqsədlə xüsusi nəzarət mexanizmi yaradılıb və Kiyevin ən azı bir dəfə belə icazə üçün müraciət etdiyi, lakin rədd cavabı aldığı bildirilir.
Eyni zamanda qəzet yazır ki, ABŞ administrasiyası Ukraynaya 3 350 ədəd uzunmənzilli ERAM tipli raketlərin satışını təsdiqləyib. Ümumi dəyəri 850 milyon dollar olan paketə digər hərbi avadanlıqlar da daxildir. Bu satışın xərclərinin böyük hissəsini avropalı müttəfiqlərin ödəyəcəyi qeyd olunur. Sözügedən raketlərin 241–450 km məsafə qət etdiyi və istifadəsi üçün Pentaqonun icazəsi tələb olunduğu vurğulanır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Qərbi ittiham edərək bildirib ki, bəzi ölkələr sülh prosesini ləngitmək üçün bəhanələr axtarır:
Lavrov həmçinin qeyd edib ki, Rusiya sülh istəyir, amma bunun üçün Ukraynanın bitərəf statusu, hərbi bloklara qoşulmaması və nüvə potensialına malik olmaması vacibdir. O, Almaniya və Türkiyənin mümkün zəmanətçi ölkələr sırasında ola biləcəyini də istisna etməyib.(Globalinfo.az)