İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun ölkəyə girişinə icazə verməyib.
Denmedia.az xəbər verir ki, bunu keçmiş fransız-israilli siyasətçi Meyer Həbib deyib.
“Makron Netanyahuya gəlmək istədiyini bildirən mesaj göndərib. Lakin o, indiki şəraitdə bunun doğru zaman olmadığını deyib. Səbəb isə Fransa liderinin sentyabrda BMT Baş Assambleyasında Fələstini tanımaq niyyətini bəyan etməsi olub”.
Qeyd edək ki, iyulun 24-də Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyası zamanı Fransanın Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlayıb.
Fransa lideri bildirib ki, o, Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə əsaslanaraq bu qərarı verib.Globalinfo.az