“Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və onu sülhə təşviq etməsi xalqımız üçün ağrılı bir prosesdən xəbər verir”.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O, Makronun Paşinyanla hər görüşündən sonra İrəvanın Bakının lehinə qərarlar verdiyini söyləyib:
“2022-ci il oktyabrın 6-da da Brüsseldə Paşinyanla Fransa prezideti arasında müzakirə oldu, daha sonra Ermənistanın baş naziri “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədə imza atdı. Bütün Avropa liderləri də bunu alqışladı. 2023-cü ildə də isə ərazini tamamilə itirdik. İndi Makron Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının münasibətlərdə yeni səhifə aça biləcəyini söyləyib. Bəli, yeni səhifə açılır, amma Ermənistanın vilayətə çevrilməsi üçün”.