Türkiyədə İsrailin “Mossad” kəşfiyyat agenti Serkan Çiçək, əsl adıyla Məhəmməd Fatih Kələş, həbs edilib.
DenMedia.az xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul prokurorluğu və polisi tərəfindən həyata keçirilib. Çiçək İsrail kəşfiyyatı “Mossad”ın üzvü Faysal Rəşid tərəfindən tapşırılan casusluq və İsrail siyasətini tənqid edən Fələstin aktivistini izləmə ittihamını etiraf edib.
Əvvəllər detektiv fəaliyyəti ilə məşğul olan Çiçək, İsraillə əlaqələri olan şəxslərlə əməkdaşlıq edib. Rəsmi məlumatlara görə, kəşfiyyat fəaliyyəti üçün ona kriptovalyutada mükafat ödənilib.
Həbs Türkiyədə fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsinin aşkarlanmasını təsdiqləyir.