İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində terrorçuluqda, separatçılıqda və İsraillə əlaqədə ittiham olunan altı nəfər edam olunub.
DenMedia.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, edam olunan şəxslər xarici agentlərdən dəstək alıblar.
“Bu gün səhər saatlarında bütün hüquqi prosedurlar başa çatdıqdan və İran Ali Məhkəməsinin təsdiqi alındıqdan sonra, son illərdə Xuzistanın təhlükəsizliyinə zərər vuran, bir sıra silahlı əməliyyatlar və partlayışlar törədən altı terrorçu və separatçı barəsində çıxarılan hökm icra edildi,” — deyə Mehr xəbər verir.
Agentlik əlavə edib ki, hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmır.