İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub.
Den.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.
***
İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb.
Bu barədə İRNA məlumat yayıb.
***
İranın Xorasan Rəzəvi əyalətində zəlzələ nəticəsində zərər çəkənlərin sayı 29-a çatıb.
Məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, zərərçəkənlər zəlzələdən qaçmağa çalışarkən xəsarət alıblar.
Məlumata görə, hazırda yalnız bir nəfər xəstəxanada qalır, digər zərərçəkənlər artıq evə buraxılıb.