Rusiyanın məlumat-psixoloji kampaniyasını aktivləşdirdiyi, bunun mümkün gələcək NATO ilə münaqişəyə hazırlıq məqsədini daşıdığı bildirilib.
DenMedia.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında deyilir.
Analitiklərin məlumatına görə, oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniyanı pro-ukraynalı rusların Ukrayna və ya xarici bir gəmi üzərinə hücum hazırlamaq planlarında ittiham edib. ISW qeyd edir ki, bu cür bəyanatlar sistematik xarakter alıb və “Faza 0”nun — hərbi əməliyyatlar üçün psixoloji və fiziki şərtlərin formalaşdırılması mərhələsinin başlanğıcına işarə edir.
İnstitutun məlumatına görə, 2025-ci ilin payızından etibarən Rusiya pilotsuz uçuş aparatlarının NATO ölkələrinin hava məkanına müdaxiləsi nəzərə çarpacaq dərəcədə artıb. Bu, münaqişənin daha aqressiv mərhələsinə hazırlıq ola bilər.
Analitiklər eyni zamanda vurğulayırlar ki, NATO ilə müharibənin qaçılmaz olduğuna dair heç bir əlamət yoxdur. Onların fikrincə, Moskva Avropada qorxu yaymaq və alyansın qərarlılığını zəiflətmək, bununla da Ukraynaya dair güzəştlər əldə etmək və Avropanın müdafiəsinin güclənməsinin qarşısını almaq istəyir.