DenMedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS hərəkatı ilə aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir və tərəflər mühüm razılaşmalara nail olublar.
“Mənim qırmızı xətlərim var, amma HƏMAS çox vacib məsələlərə razı olub. İşlərimiz çox yaxşı gedir, – deyə Tramp qeyd edib və prosesin konstruktiv trayektoriya üzrə irəlilədiyini vurğulayıb.
Siyasətçi konkret razılaşmaların nədən ibarət olduğunu açıqlamayıb, lakin ‘qırmızı xətlərin’ qorunmasının Vaşinqton üçün prinsipial şərt olduğunu qeyd edib. Tramp həmçinin bildirib ki, Qəzza sektorunda razılaşmanın əldə edilməsi prosesi əsrlər boyu davam edir, lakin hazırkı səylərlə uğur qazanılacağına əminliyini ifadə edib.
“Onlar əsrlərdir Qəzza sektorunda razılaşma əldə etməyə çalışırlar. Mən demək olar ki, əminəm ki, biz bunu əldə edəcəyik, – deyə ABŞ lideri əlavə edib.