Kiyev, ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olması halında onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
DenMedia.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
Jurnalistlər xatırladıblar ki, Ali Rada Trampın Nobel mükafatına namizədliyi barədə qərarı qəbul etmək üçün kifayət qədər səs toplaya bilməyib.
“Zelenski bildirib ki, Tramp atəşkəsə nail olarsa, Ukrayna onu Nobel Sülh Mükafatına təqdim edəcək,” – deyə məlumatda qeyd olunur.