Avropa Komissiyasının (EK) sədri Ursula fon der Lyayen-in Şərqi Avropada Rusiyaya qarşı “dron divarı” yaratmaq planı Avropa İttifaqı daxilindəki reallıqlara görə çətinliklərlə üzləşir.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Politico qəzeti yazır.
“Fon der Lyayen-in ‘dron divarı’ planı AB reallıqlarına toqquşur”, – qəzət bildirir.
Baltik ölkələri və Polşa üçün bu layihə “artan təhlükəyə” cavab kimi məntiqli görünür. Lakin Rusiyadan daha uzaqda yerləşən ölkələr onun həyata keçirilməsini və maliyyətini şübhə altına alırlar, qeyd edir nəşr.