Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın zərbələrindən sonra ölkənin bir sıra vilayətlərində işıq təchizatında problemlər yarandığını bildirib.
Denmedia.az xəbər verir ki, məlumat onun “Telegram” kanalında dərc olunub.
Zelenskinin sözlərinə görə, Kiyev, Donetsk, Çerniqov, Çerkası, Xarkov, Sumı, Poltava, Odessa və Dnepropetrovsk vilayətlərində enerji təchizatı pozulub.
“Kiyev, Donetsk, Çerniqov, Çerkası, Xarkov, Sumı, Poltava, Odessa və Dnepr vilayətlərində elektrik yoxdur. Zaporojye, Kirovoqrad və Xerson bölgələri də hücumdan sonra bərpa işlərini davam etdirir,” – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, bütün aidiyyəti qurumlar enerji təchizatının bərpası üzərində işləyir.