DenMedia.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi obyektlərinə və kritik infrastrukturuna kütləvi zərbə endirib.
Ukrayna mediasının məlumatına görə, gecə saatlarında Kiyevin Desnyanski rayonundakı İstilik Elektrik Stansiyası-6 (TƏS-6) ərazisində partlayışlar baş verib. İlkin məlumata əsasən, obyekt “Geran” tipli dronlarla vurulub.
Hücumdan sonra Kiyevdə işıq və su təchizatı kəsilib — şəhərin sol sahili tam, sağ sahilin bir hissəsi isə işıqsız qalıb.
Kiyev meri Vitali Kliçko vəziyyəti “çətin” adlandırıb.
Enerji təchizatı ilə bağlı oxşar problemlər Dnepr və Krivoy Roq şəhərlərində də qeydə alınıb.
Son məlumata görə, gecəki hücum nəticəsində Kiyevdə yaralananların sayı 12-yə çatıb, — bunu Kliçko açıqlayıb.