Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukrayna rəhbərliyi Rusiya ilə müharibənin daha təxminən üç il davam edəcəyini hesab edir. DenMedia.az xəbər verir ki, Reuters-in məlumatına görə, o, Avropa ölkələrini bu müddət ərzində Kiyevə davamlı dəstək verməyə hazır olmağa çağırıb.
“Ukraynalılar bu müharibəni daha üç il planlaşdırırlar — bu, məntiqlidir. Biz Putinə göstərməliyik ki, ən azı bu üç il ərzində eyni kursu davam etdirməyə hazırıq,” — deyə Sikorski qeyd edib.
Nazir həmçinin ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” qanadlı raketləri verəcək. Onun sözlərinə görə, bu silahlar Rusiya infrastrukturuna qarşı zərbələr endirmək üçün vacibdir.