ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukrayna münaqişəsini dayandırmaq niyyətində deyil, DenMedia.az xəbər verir.
“Prezident Putinlə çox yaxşı münasibətlərim var. Amma o, sadəcə, bu müharibəni bitirmək istəmir,” – deyə Tramp vurğulayıb.
Amerikalı liderin sözlərinə görə, Rusiya istəsə, bu böhranı çox tez həll edə bilərdi.
Tramp həmçinin xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Vaşinqtona səfər edəcək. Onun sözlərinə görə, Zelenski Tomahawk tipli qanadlı raketlər də daxil olmaqla yeni silah tədarükü barədə danışıqlar aparmaq niyyətindədir.
“Bizim çox geniş ‘Tomahawk’ arsenalımız var,” – deyə ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, Axios nəşri daha əvvəl Tramp və Zelenski arasında telefon danışığı zamanı bu məsələ müzakirə olunduğunu yazmışdı. Hələlik rəsmi qərar qəbul edilməyib.
“Elə məsələlər var ki, onları telefonda danışmaq mümkün deyil,” – deyə mənbə bildirib.