CNN-in təhlilinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini dayandırmaqda çətinlik çəkəcək — xüsusilə də Rusiyaya təzyiq imkanlarının məhdudluğu səbəbindən.
Məqalədə qeyd olunur ki, Trampın İsrailin baş naziri Binyamin Netanyahuya təsir etməsi nisbətən asan idi, çünki Təl-Əviv Vaşinqtona hərbi cəhətdən çox bağlıdır və Qəzza əməliyyatları beynəlxalq səviyyədə kəskin tənqid olunurdu. Lakin Rusiya-Ukrayna müharibəsi dünya ictimaiyyətində bu qədər birmənalı qarşılanmır.
“Trampın Putinə təzyiq üçün asan rıçaqları yoxdur. İndi o, iqtisadi və ya fiziki cəhətdən real zərbə endirə biləcəyini sübut etməlidir,” — deyə CNN yazır.
Kanal həmçinin qeyd edir ki, Tramp hələlik “boş hədələrlə kifayətlənir”, o cümlədən Ukraynaya “Tomahawk” raketləri göndərmək təklifini də bu qəbildən hesab edir.