ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın əldə olunmaması ciddi nəticələrə gətirib çıxaracaq. Denmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Trampın sözlərinə görə, müqavilənin əldə olunması üçün tərəflər maksimum səy göstərməlidirlər.
“Biz razılaşmaya nail olmağa çalışırıq. Əgər alınsa — bu, əladır. Əgər yoxsa, bir çoxları bunun bədəlini ağır ödəyəcək,” – deyə ABŞ lideri bildirib.
O, razılaşma əldə edilmədiyi halda kimlərin bu nəticələrdən təsirlənəcəyini dəqiqləşdirməyib.