Kiyevdə TETS-5 istilik elektrik stansiyasında raket zərbəsindən sonra güclü yanğın başlayıb, paytaxt yeni hücumlarla üzləşib.
Denmedia.az xəbər verir ki, bu barədə “Rus Vesnası hərbi müxbirləri” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Kiyevdə artıq üçüncü raket zalpı qeydə alınıb, eyni zamanda TETS-6 stansiyası da hədəfə alınıb.
Şəhər meri Vitaliy Kliçko Telegram kanalında bildirib:
“Qolosievo rayonunda partlayışdan sonra yanğın baş verib. Bütün fövqəladə xidmətlər hadisə yerinə göndərilib. Hava həyəcan siqnalı bitənə qədər sığınacaqlarda qalın.”
Hazırda hava həyəcanı Kiyev və bir sıra vilayətlərdə — Çerniqov, Sumı, Poltava, Çerkası, Kirovoqrad, Xarkov, Dnepropetrovsk və Odessa bölgələrində elan olunub.