ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya prezidenti Vladimir Putinlə görüşün baş tutma ehtimalının daha aydın olacağını bildirib.
“İki günə bizə nə edəcəyimizi deyəcəklər,” – Denmedia.az xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
O, Ukrayna məsələsində “çox şeyin baş verdiyini” qeyd edib və vurğulayıb ki, əgər ABŞ-Rusiya sammiti baş tutarsa, o, real irəliləyiş əldə etməyə yönələcək.
Tramp həmçinin bildirib ki, bu cür danışıqları vaxt itkisi hesab etmir.
“Mən belə deməmişdim,” – deyə o, suallara cavab verib.
ABŞ lideri əlavə edib ki, həm Putin, həm də Zelenski münaqişənin bitməsini istəyir.
“Putin istəyir ki, bu bitsin. Zelenski də eyni şeyi istəyir. Məncə, bu, bitəcək,” – deyə Tramp vurğulayıb.