ABŞ prezidenti Donald Tramp bu gündən etibarən Rusiyaya Ukraynadakı münaqişənin həlli üçün 10 gün vaxt verdiyini açıqlayıb.
Den.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
“Rusiyaya 10 gün vaxt verirəm. Bu müddət ərzində münaqişə bitməlidir. Əks halda biz tariflər tətbiq edəcəyik. Bu, açıq-aydın Rusiyaya təsir göstərəcək lakin Putin müharibənin davam etməsini istəyir. Hər halda tariflər tətbiq edəcəyik. Bu, Rusiyaya təsir edə və ya etməyə bilər”, – Tramp vurğulayıb.