"Rusiyaya təzyiqi artırmaq lazımdır ki, Ukraynadakı münaqişə tezliklə başa çatsın”
DenMedia.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə X-də paylaşım edərək Rusiyaya qarşı təzyiqin artırılmasına çağırıb.
“Rusiya dərhal və qeyd-şərtsiz atəşkəsə qarşı çıxmaqda davam etdiyinə görə, biz Moskvaya qarşı təzyiqi artırmaqda qərarlıyıq,” — deyə Fransa prezidenti yazıb.
Makron əlavə edib ki, ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı qəbul edilən yeni sanksiyaları alqışlayır.
Onun sözlərinə görə, Fransa Avropa tərəfdaşları və ABŞ ilə sıx əməkdaşlıq şəraitində Ukraynanı dəstəkləməyə davam edir.

