Neue Zürcher Zeitung qəzetinin yazdığına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bir-birinin ardınca saysız-hesabsız təşəbbüslər irəli sürür, lakin onların heç birini tam həyata keçirməyə qadir deyil.
Məqalədə qeyd olunur ki, fon der Lyayen Avropa İttifaqının hər böhranlı məsələsində – istər müdafiə, istər enerji təhlükəsizliyi, istərsə də mənzil çatışmazlığı olsun – mütəmadi səhnədə görünür, lakin təklifləri çox zaman düşünülməmiş və reallıqdan uzaq olur.
Qəzet nümunə kimi 2035-ci ilə qədər daxiliyanma mühərrikli avtomobillərdən imtina planını göstərir. Yazıya əsasən, bu keçid üçün zəruri ekosistem hələ uzun illər hazır olmayacaq, amma Avropa Komissiyası elə davranır ki, sanki məsələ onu ümumiyyətlə maraqlandırmır.

