The New York Times yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı iqtisadi təzyiqi yeni səviyyəyə qaldırıb — məqsəd Rusiya enerji sektorunu sarsıtmaqdır.
“Çərşənbə günü Tramp Amerikanın Rusiyaya qarşı iqtisadi müharibəsini yeni mərhələyə çıxardı. O, Rusiyanın iki ən böyük neft şirkətini qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bu addım ABŞ-ın neft qiymətlərinin artımı riskinə baxmayaraq, Rusiya enerji sektorunu iflic etməyə hazır olduğuna işarədir,” — deyə qəzet yazır.
NYT-nin qiymətləndirməsinə görə, sanksiyalar hələlik yalnız iki şirkəti əhatə etsə də, onların tam tətbiqi Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilər.
23 oktyabrda Tramp bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində deyil, amma gələcəkdə bunu istədiyini söyləyib.
Ağ Ev rəhbəri əlavə edib ki, “Putinin Ukraynanın bir hissəsini deyil, hamısını istədiyini hər zaman hiss etmişəm.” Tramp eyni zamanda “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib ki, bu da artıq neft qiymətlərinin artmasına səbəb olub.

