ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Məhdudiyyətlər “Rosneft” və “Lukoil” kimi ölkənin ən böyük neft şirkətlərini əhatə edir.
Nazirliyin saytında yayılan bəyanatda bildirilir:
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Ukraynada müharibənin dayandırılması istiqamətində Rusiyanın ciddi sülh təşəbbüsləri göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edir.”
Açıqlamaya görə, bu məhdudiyyətlər Rusiyanın enerji sektoruna yönəlib və “ən iri neft şirkətləri — Rosneft və Lukoil” siyahıya daxil edilib.