ABŞ administrasiyası Rusiya ilə Alyaskada keçiriləcək sammit nəticəsiz qalsa, Kremlin enerji gəlirlərini hədəf alaraq Rosneft və Lukoil şirkətlərinə qarşı sanksiyaları nəzərdən keçirir.
Denmedia.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən mənbələr “Reuters”ə məlumat verib.
Mənbələrin sözlərinə görə, Prezident Donald Tramp və Vladimir Putinin avqustun 115-də Alyaskada keçiriləcək görüşü nəticəsiz qalsa, ABŞ bu addımı ataraq Rusiyanın neft gəlirlərini azaltmağı planlaşdırır.
Eyni zamanda, neft qiymətlərinə mümkün təsirlərdən narahat olan rəsmilər sanksiyaların qısamüddətli olacağına ümid etdiklərini bildiriblər.