DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın gömrük rüsumları ilə bağlı fikirlərini reklamda istifadə etməsindən narazı qalıb və Ottava ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.
“Rüsumlar ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların qəbuledilməz davranışına görə Kanada ilə bütün ticarət danışıqları bu andan etibarən dayandırılır,” — Tramp Truth Social platformasında yazıb.
O, reklamda Reyqanın rüsumlara qarşı mənfi münasibətdə təqdim olunmasını “saxta” (fake) adlandırıb və bildirib ki, “bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına mane olmaq üçün ediblər.”

