“Əfqanıstan və Pakistan nümayəndələrinin oktyabrın 25-də İstanbulda başladıqları danışıqlar davam edir. Tərəfləri sərhəd böhranının həlli yolarını müzakirə edirlər. 9 oktyabrda Pakistanla Əfqanıstan bir-birlərinin ərazilərini atəşə tutmuşdular. Müharibənin genişlənməsi ehtimalı var idi. Tərəflər bir-birlərinin sərhəd postlarını da ələ keçirməyə başlamışdılar, nəticədə hər iki tərəfdən itkilər artırdı”.
DenMedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ağ Ev sahibi “mən sül yaratmağı yaxşı bacarıram” açıqlamasını səsləndirsə də, başı başqa münaqişələrin həllinə qarışdığına görə Pakistanla Əfqanıstan arasında vasitəçi ola bilməyəcəyini vurğuladı. Görünür, Trampın müşavirləri Əfqanıstanla Pakistan arasında münaqişənin dərin kökləri olduğunu ona izah ediblər”.
Politoloq bildirib ki, İstanbulda davam edən danışıqlar atəşkəsi daha da möhkəmləndirmək məqsədi daşıyır:
“Ancaq atəşkəs kövrəkdir. Bunu Pakistanın müdafiə naziri Xavaca Asifin son açıqlaması da sübut edir. O deyib ki, İstanbulda razılaşma əldə olunmazsa, Pakistan Əfqanlstana qarşı açıq müharibəyə başlayacaq. Əldə olunacaq razılaşma bölgə üçün əhəmiyyətlidir. Buna baxmayaraq, iki ölkə arasında sərhədin müəyyənləşdirilməsinə ehtiyac var. Bu baş vermədikcə, iki ölkə arasında gələcəkdə də toqquşmaların baş verəcəyini istisna etmək olmaz”.(Globalinfo.az)

