DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Əfqanıstan və Pakistan arasında sülh yaratmağa hazırdır.
O vurğulayıb ki, münaqişələrin həlli sahəsində böyük təcrübəyə malikdir və artıq milyonlarla insanın həyatını xilas edib.
“Hazırda Pakistanla Əfqanıstan arasında müharibə gedir. (…) Mən daha bir müharibə ilə məşğulam, çünki mən münaqişələrin həllini yaxşı bacarıram”, — deyə Tramp qeyd edib.