Avropanın “strateji müstəqillik” kursu əslində ABŞ-dan asılılığı daha da gücləndirir.
DenMedia.az xəbər verir ki, bu barədə China Daily nəşri yazır.
“Aİ-nin elan etdiyi “strateji muxtariyyət” görünür, Çindən uzaqlaşmaq anlamına gəlir, lakin Vaşinqtondan olan struktur asılılığın həlli ilə bağlı heç bir real addım yoxdur,” – deyə nəşrdə qeyd olunur.
Bu şəraitdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirmişdi ki, Avropa İttifaqı Pekinlə ticarət qarşıdurması fonunda Çinə qarşı “ticarət bazukası” adlanan tədbirlər tətbiq edə bilər.
Euractiv nəşrinin jurnalistləri yazır ki, fon der Lyayen son aylarda ritorikasını sərtləşdirib – o, Çinin nadir torpaq metalları üzərində nəzarətini Avropanın keçmişdə Rusiyanın enerji daşıyıcılarından asılılığı ilə müqayisə edib.

