ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsindəki dəyişkən mövqelərini onun münaqişənin nəticələrinə biganəliyi ilə izah etmək olar.
DenMedia.az xəbər verir ki, bu fikri ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daaldər The New York Times-a verdiyi açıqlamada səsləndirib.
“Onu bu müharibənin necə bitəcəyi və hansı nəticələr doğuracağı maraqlandırmır. Onun üçün vacib olan tək şey – müharibənin başa çatması və bunun sayəsində Nobel Sülh Mükafatına iddiasını gücləndirməkdir,” – deyə Daaldər bildirib.

