İsrail və ABŞ siyasətçiləri 2026-cı il üçün ABŞ prezidenti Donald Trampın Sülh üzrə Nobel mükafatına namizədliyini irəli sürmək məqsədilə imza toplama kampaniyasına başlayıblar. Denmedia.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin sədri Mayk Conson Fox News telekanalına açıqlamasında bildirib.
“Əslində biz Knessetin spikeri [Amir] Ohana ilə birlikdə azad dünyanın digər parlament sədrləri və rəhbərləri arasında Trampın namizədliyini dəstəkləyən imzaları toplamaq üçün birləşmişik,” – deyə Conson vurğulayıb.
O əlavə edib ki, “Amerika lideri Nobel mükafatını hər kəsdən çox haqq edir.”