Hindistanda itlər diri-diri basdırılmış körpəni parçalayaraq öldürüblər.
DenMedia.az xəbər verir ki, bu barədə The Times of India məlumat yayıb.
Hadisə Madhya Pradeş ştatının Çhindvara dairəsində baş verib. 11 oktyabrda polisə zibillikdə itlərin qəribə davranışı ilə bağlı məlumat daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları sahibsiz itlər tərəfindən parçalnmış körpənin cəsədini tapıblar. İlkin məlumata görə, itlər körpənin qolunu qoparıb, başına ciddi xəsarət yetiriblər. Uşağı isə valideynləri zibil yığınına basdırmışdılar.
İlkin araşdırmalar göstərib ki, uşaq tam sağlam doğulub, lakin ailəsi ondan qurtulmaq qərarına gəlib.

