Hindistanda bir yaş yarımlıq qız məktəb yeməkxanasının mətbəxində qaynar süd dolu qazana düşərək diri-diri bişib.
DenMedia.az xəbər verir ki, hadisə sentyabrın sonunda Andhra-Pradeş ştatında baş verib. Kiçik qız, məktəbin Bukkarayasamudram kəndindəki işinə gələn mühafizəçi tərəfindən özü ilə iş yerinə gətirilib. Qız pişiyi təqib edərkən mətbəxə girib, ayağı ilişib və şagirdlər üçün qaynadılmış, ventilyator altında soyumağa qoyulmuş böyük qazana düşüb.
Zərərçəkənin anası yaxınlıqda olub və dərhal qızı qazandan çıxarıb. Qız ağır yanıq xəsarətləri ilə yerli xəstəxanaya çatdırılıb. Sonra onu daha böyük rayon klinikasına köçürüblər. Həkimlər üç gün Akşitanın həyatını xilas etmək üçün mübarizə aparıblar, lakin onu xilas etmək mümkün olmayıb.