Oktyabrın 29-da səhər saatlarında Krımın bir neçə bölgəsində güclü partlayış səsləri eşidilib və yanğınlar başlayıb.
Ukrayna mediasının məlumatına görə, hədəfə ən azı bir neft bazası və, ehtimal ki, hərbi obyekt düşüb.
Qvardeysk qəsəbəsində ATAN neft bazası alovlanıb — bu obyekt 17 oktyabrda da hücuma məruz qalmışdı.
Monitorinq qruplarının məlumatına görə, alovun işığı kosmosdan belə görünür.
Bundan əlavə, Simferopolda İstilik Elektrik Stansiyasının (TƏS) yaxınlığındakı neft bazasında da yanğın başlayıb.
Hadisənin səbəbi və zərərin miqyası hələlik açıqlanmayıb.

