Ukrayna pilotsuz uçuş aparatı (PUA) bu gecə Feodosiya şəhərindəki neft bazasına zərbə endirib, DenMedia.az xəbər verir .
Nəticədə obyekt ərazisində genişmiqyaslı yanğın baş verib, alovun bir neçə kilometr məsafədən göründüyü bildirilib.
Yerli “rəsmi qurumlar” zərbəni təsdiqləyərək, hadisə nəticəsində heç kimin xəsarət almadığını, həmçinin hava hücumundan müdafiə qüvvələrinin 20-dən çox ukraynalı PUA-nı vurduğunu açıqlayıb.