ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərinə Qəzza zolağında beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutan qətnamə layihəsi göndərib. Bu barədə Axios məlumat yayıb. Sənədə əsasən, qüvvələrin ən azı iki il müddətinə yerləşdirilməsi planlaşdırılır.
“Məxfi, lakin gizli deyil” qeydi ilə paylaşılan sənəd ABŞ və onun tərəfdaşlarına anklavın idarə olunması və təhlükəsizliyin təmin edilməsi üçün geniş səlahiyyətlər verir. Mandatın müddəti 2027-ci ilin sonuna qədər qüvvədə qalacaq və uzadılma imkanı da nəzərdə tutulur.
ABŞ rəsmisinin sözlərinə görə, bu, “sülhməramlı deyil, məcburetmə qüvvələri” olacaq.
Qüvvələrin yerləşdirilməsi ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası”nın elan etdiyi planla uyğunlaşdırılacaq. Gözlənilir ki, ilk bölmələr yanvaradək əraziyə daxil olacaq. Beynəlxalq kontingentin məqsədi keçid dövründə təhlükəsizliyi təmin etmək, İsrailin qoşunlarını çıxarma prosesinə və Fələstin administrasiyasının islahatlarına nəzarət etməkdir.

