Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda sülhün təmin olunması planını şərh edərkən bildirib ki, situasiyanın normallaşdırılmasına yönəlmiş hər hansı addım və təşəbbüs dəstəyə layiqdir.
DenMedia.az xəbər verir ki, diplomatın sözlərini RİA Novosti sitat gətirir.
29 sentyabrda Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında ərəblər və müsəlman ölkələrinin HƏMAS-ın silahsızlaşdırılmasına söz verdiyini açıqlayıb.
Bundan əlavə, Tramp keçid orqanı – Sülh Şurası yaradılmasını təklif edib. Orqan prosesin idarə olunmasını təmin edəcək və onun rəhbəri Tramp özü olacaq. Şuraya digər tanınmış şəxslər, o cümlədən Böyük Britaniyanın sabiq Baş naziri Toni Bler də daxildir. Orqan Qəzza şəhərlərində bələdiyyə və ictimai xidmətlərin fəaliyyətinə nəzarət edəcək.