Fələstin hərəkatı HƏMAS bəyan edib ki, İsraillə münaqişə başa çatdıqdan sonra Qəzza sektorunun idarə olunmasına xarici qüvvələrin qarışmasına icazə verilməyəcək.
DenMedia.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Usamə Həmdan Al Araby telekanalına müsahibəsində bildirib.
“Qəzza sektorunun idarə olunması milli məsələdir və biz xarici müdaxiləyə imkan verməyəcəyik,” – deyə o, ABŞ prezidenti Donald Trampın Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutan planını şərh edərkən vurğulayıb.
HƏMAS nümayəndəsinin sözlərinə görə, Qəzzanın gələcəyi ilə bağlı bütün qərarlar yalnız fələstin xalqı tərəfindən və xarici qüvvələrin iştirakı olmadan qəbul edilməlidir.