Telekanal C-SPAN xəbər verir ki, ABŞ Konqresinin Senatı federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini uzadan qanun layihəsini qəbul edib. Bu sənəd ölkə tarixində ən uzunmüddətli “şatdaun”u aradan qaldırmağa imkan verəcək.
Səsvermə zamanı 60 senator “lehinə”, 40-ı isə “əleyhinə” səs verib. Qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasına göndəriləcək. Əgər orada da təsdiqlənərsə, sənəd ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.
10 noyabrda Ağ Evin rəhbəri bütün aviadispetçerlərin dərhal işə qayıtmasını tələb edib. Tramp bildirib ki, Konqresdə “şatdaun”un bitməsi istiqamətində irəliləyiş var, və işinə dönməyən hər bir dispetçer cərimələnəcək.
Xatırladaq ki, 1 oktyabrda ABŞ hökumətinin işi dayandırılmışdı, çünki Senat büdсə layihəsini təsdiqləyə bilməmişdi. Demokratlar və respublikaçılar arasında səhiyyə maliyyələşməsi ilə bağlı fikir ayrılığı səbəbindən ölkə tarixində 22-ci və Donald Tramp dövründə 4-cü “şatdaun” başlamışdı.

