CNN-in məlumatına görə, Senat “şatdaun”u dayandıracaq və hökumətin işini qismən bərpa edəcək qanun layihəsini prosedur səsverməsində 60 səslə lehinə, 40 səslə əleyhinə qəbul edib.
Layihə indi Nümayəndələr Palatasına göndəriləcək, daha sonra isə prezident Donald Trampın imzası tələb olunacaq. Bu proses bir neçə gün çəkə bilər.
Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ölkə hökumətin işinin bərpasına çox yaxındır.

