ABŞ prezidenti Donald Tramp, ölkədə hökumətin işinin rekord müddətdə dayanması fonunda amerikalıların yaşadığı əzabdan demokratların “həzz aldığını” bildirib. O, bu sözləri Ağ Evdə deyib. Denmedia.az xəbər verir ki, məlumatı Fox News yayıb.
Onun sözlərinə görə, konqresdəki demokratların böyük əksəriyyəti milyonlarla insanın çətinlik çəkməsindən məmnun idi.
Dövlət başçısı əlavə edib ki, respublikaçılar demokratların “bütün ölkəyə qarşı yönəlmiş şantajına” boyun əyməyiblər.
Tramp şatdaunu məhz bu cür xarakterizə edib.

